Təlimlər

Biz sizin karyera və şəxsi inkişafınız üçün ən etibarlı tərəfdaşınızıq. Mərkəzimiz fərqli sahələrdə sizin tələblərinizə uyğun unikal təlimlər təklif edir. Təcrübəli müəllimlərimiz sayəsində siz yalnız aktual biliklər almaqla kifayətlənməyəcək, həmçinin də uğurlu karyera üçün vacib praktiki bacarıqlara yiyələnəcəksiniz. Biz, hər bir iştirakçının özünü rahat və özündən əmin hiss etdiyi, təsirli və dəstəkləyici bir təlim mühiti yaratmağa çalışırıq. Missiyamız potensialınızı açığa çıxarmağa və istədiyiniz nəticələrə nail olmağınıza kömək etməkdir. Bizə qoşulun və yeni nailiyyətlərə, professional təkmilliyə doğru yolunuza əmin addımlarla başlayın! Birlikdə, nailiyyətlər və uğurlarla dolu bir gələcək yaradırıq.

Təlimlər


Hazır Mühasib

Təlimçi: Maliyyəçi iqtisadçı ekspert Cambridge akkreditasiyalı təlimçi Orxan Məmmədzadə

Təlimin müddəti:

  • 3,5 ay
  • Həftədə 2 dəfə dərslər, hər biri 2 saat

Hədəf auditoriya:

  • Maliyyəçilər
  • Mühasiblər
  • Auditorlar
  • Tələbələr
  • Şəxsi biznesini idarə etmək istəyənlər
  • Bu sahədə özünü inkişaf etdirmək istəyənlər və.s

Təlimdə öyrənəcəksiniz:

  • Maliyyə uçotu: Hesabatların hazırlanması və maliyyə axınlarının idarə edilməsi.
  • Vergi uçotu: Vergi öhdəliklərinin hesablanması və qanunlara uyğunluğu.
  • İdarəetmə: Effektiv idarəetmə metodları.
  • 1C proqramı: Mühasibatlıq sisteminin idarə edilməsi.

Əlavə modullar:

  • Marketinq
  • HR (İnsan resursları)
  • Time Management (Vaxtın idarə olunması)

Təlim sonunda:

  • Sertifikat
  • Hazır Mühasib təliminin iştirakçıları üçün Fərdi Karyera inkişafı planı tərtib olunur
  • Yüksək nəticə göstərən iştirakçılar işlə təmin olunmaq şansı əldə edir.

Əlavə imkanlar

  •         Təlim materialları təmin edilir

F3-Financial Accounting

Təlimçi:

Əhməd İsgəndərov – Maliyyə sahəsində 10 ildən artıq iş təcrübəsinə malik, həm yerli, həm də xarici şirkətlərdə çalışmış, beynəlxalq DipIFR, ACCA, və CFA sertifikatlarına sahib mütəxəssis. Hal-hazırda maliyyə direktoru vəzifəsində çalışır.

Təlimin müddəti:

  •   3,5 ay
  • Həftədə 2 dəfə, hər biri 2 saat                                                                               -

Hədəf auditoriya:

  • Maliyyəçilər
  • Mühasiblər
  • Auditorlar
  • Tələbələr

Təlimdə öyrənəcəksiniz:

  • Maliyyə idarəetməsinin əsasları və praktiki tətbiqləri
  • ACCA və CFA imtahanlarına hazırlıq strategiyaları
  • Beynəlxalq maliyyə standartları
  • Risklərin idarə edilməsi və investisiya analizləri

Təlimin üstünlükləri:

  • Peşəkar maliyyə sahəsində dərin biliklər qazanmaq
  • ACCA və CFA sertfikatlarına hazırlıq imkanı
  • Təcrübəli mütəxəssisdən – Əhməd İsgəndərovdan öyrənmə fürsəti
  • Karyera yüksəlişi üçün möhkəm təməl yaratmaq

Əlavə imkanlar:

  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  • Təlim materialları təmin edilir.



F7- Financial Reporting təlimi

Təlimçi:  Əhməd İsgəndərov – Maliyyə sahəsində 10 ildən artıq iş təcrübəsinə malik, həm yerli, həm də xarici şirkətlərdə çalışmış, beynəlxalq DipIFR, ACCA, və CFA sertifikatlarına sahib mütəxəssis. Hal-hazırda maliyyə direktoru vəzifəsində çalışır.

Təlimin məqsədi:

    Financial reporting təliminin əsas məqsədi iştirakçılara maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi və təhlili üzrə praktiki və nəzəri biliklər qazandırmaqdır. Bu təlimlər həm də iştirakçıların mühasibatlıq və maliyyə sahələrində peşəkar bacarıqlarını artırmağa kömək edir.

Təlimin müddəti:

  • 3 ay
  • Həftədə 2 dəfə dərslər, hər biri 2 saat
Hədəf auditoriya:

  • Maliyyə menecerləri və direktorları
  • Mühasiblər və maliyyə analitikləri
  • İdarə heyəti və rəhbərlik
  • Auditorlar
  • İqtisadiyyat və maliyyə təhsili alan tələbələr
  • Maliyyə sahəsində kariyera qurmaq istəyən tələbələr və yeni məzunlar
Təlimdə öyrənəcəksiniz:

  • Maliyyə hesabatlarının komponentləri (balans, mənfəət və zərər hesabatı, pul axını hesabatı və s.)
  • Maliyyə hesabatlarının düzgün və effektiv hazırlanması
  • Maliyyə göstəricilərinin dəqiq təhlili və qiymətləndirilməsi
  • Beynəlxalq standartlara uyğun hesabatların hazırlanması bacarığı
  • Mühasibatlıq və maliyyə sahələrində peşəkar biliklərin artırılması
Əlavə imkanlar:
 
  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır
  • Təlim materialları təmin edilir

PMS I Təlimi

Təlimçi: Maliyyəçi iqtisadçı ekspert Cambridge akkreditasiyalı təlimçi Orxan Məmmədzadə

Təlimin müddəti:

  • 3 ay
  • Həftədə 2 dəfə, 2 saat

Hədəf auditoriya:

  • Mühasiblər
  • Baş mühasiblər


Təlimdə öyrənəcəksiniz:

  • İS üçün MUBS proqramını birbaşa mütəxəssisindən öyrənmək imkanı
  • Xüsusi tədris proqramı və dərs vəsaitləri ilə təmin olunma
  • İkili yazılışlar
  • DİM-in proqramına uyğun mövzular
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə ətraflı izah

Əlavə imkanlar:

  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  • Təlim materialları təmin edilir.


Excel Təlimi

Təlimçi:

Peşəkar təlimçi Əfsanə Bağırova


Təlimin müddəti:

  • 2 ay
  • Həftədə 2 dəfə , 2 saat

Niyə Excel?


Bu təlim təkcə məlumatların idarə edilməsi üçün deyil, eyni zamanda karyera yolunuzda önəmli bir addımdır! Bizim təlimimizə qoşularaq Excel-in sirrlərini öyrənin və iş dünyasında fərqlənmək fürsəti qazanın.


Hədəf auditoriya:


  • Tələbələr
  • Mühasiblər və maliyyə mütəxəssisləri
  • İdarəçilər və rəhbərlər
  • Data analitiklər
  • Təchizatçılar
  • İnsan resursları əməkdaşları
  • Özünü inkişaf etdirmək istəyən mütəxəssislər və digərləri

Təlimdə öyrənəcəksiniz:


  • Böyük məlumatları tez və dəqiq analiz etməyi,
  • Funksiyalar və formulalar vasitəsilə işlərinizi avtomatlaşdırmağı,
  • Pivot cədvəllər və digər alətlərdən peşəkar istifadəni,
  • Avtomatlaşdırılmış hesabatlar hazırlamağı,
  • Formula və funksiyalardan effektiv istifadəni,
  • Vizual qrafiklər və cəlbedici hesabatlar hazırlamağı ÖYRƏDƏCƏK.

Təlim işinizdə məhsuldarlığı artırmaq və peşəkar inkişafınızı gücləndirmək üçün ideal
seçimdir!


Əlavə imkanlar:


  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  • Təlim materialları təmin edilir.



Vergi Uçotu Təlimi

Təlimçi:
Vergi sahəsində
14 illik təcrübəyə malik İqtisadçı Rəvan Yaqubov.

Təlimin müddəti:

  • 2 ay
  • Həftədə 2 dəfə , 2 saat

Niyə Vergi Uçotu?
Hər bir müəssisənin dövlət qarşısında ən vacib vəzifələrindən biri vergi
öhdəliklərini düzgün yerinə yetirməkdir. Bu sahədə peşəkar olmaq istəyirsinizsə və cərimələrdən uzaq, qanunlara uyğun bir iş mühiti yaratmaq niyyətindəsinizsə, bu təlim sizin üçündür.

Hədəf auditoriya:

  • Tələbələr
  • Maliyyəçilər
  • Data analitiklər
  • Marketoloqlar
  • Şəxsi biznesini idarə etmək istəyənlər
  • Bu sahədə özünü inkişaf etdirmək istəyənlər


Təlimdə öyrənəcəksiniz:

  • Vergi öhdəliklərinin düzgün hesablanması
  • Vergi bəyannamələrinin hazırlanması və hesabatların təqdim edilməsi
  • Vergi planlaşdırılması və optimallaşdırılması
  • Qanunvericilik bazasının tətbiqi və analizi
  • Beynəlxalq vergi uçotu standartları
  • Vergi yoxlamalarına hazırlıq və düzgün idarəetmə

Bu təlim həm şəxsi karyera yüksəlişi, həm də şirkətlərin düzgün idarə olunması üçün əvəzolunmaz bir seçimdir!

Əlavə imkanlar:

  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  • Təlim materialları təmin edilir.

HR Generalist Təlimi

Təlimçi: Fəridə Yusibova

Təlimin müddəti:

  • 2 ay (40 saat)
  • Həftədə 2 dəfə, hər biri 2 saat

Hədəf auditoriya:

  • İnsan resursları əməkdaşları
  • HR mütəxəssisləri və bu sahədə maraqlı şəxslər
  • İşəgötürənlər və sahibkarlar
  • Karyerasını dəyişmək istəyənlər

Təlimdə öyrənəcəksiniz:

  •  İnsan Resurslarının idarə edilməsi
  • Əmək Məcəlləsi və kadr kargüzarlığı
  • İşə qəbul və planlama
  • ƏMAS və digər portallarda işləmə bacarığı
  • Təşkilati inkişaf ( Təlim və inkişaf, performansın idarəedilməsi, fərdi inkişaf proqramları)

Əlavə imkanlar:

  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  • Təlim materialları təmin edilir.

Dövlət Satınalmaları Təlimi

Dövlət Satınalmaları Təlimi

Təlimçi: Dövlət müəssisələrində satınalma və təchizat sahəsində 10 ilə yaxın təcrübəyə malik, təchizat şöbəsinin müdiri İsmət Musayev.

Təlimin müddəti:

  • 1,5 ay
  • Həftədə 2 dəfə , 2 saat

Hədəf auditoriya:

  • Dövlət satınalmaları sahəsində çalışan və biliklərini artırmaq istəyənlər
  • Tender komissiyası üzvləri
  • Maliyyəçilər
  • Auditorlar
  • Təchizatçılar və podratçılar

Təlimdə öyrənəcəksiniz:

  • Tender sənədlərinin düzgün hesablanması
  • Satınalma prosesinin effektiv idarə olunması
  • Praktiki nümunələrlə satınalma biliklərinin təkmilləşdirilməsi
  • Şərtlər toplusu, müqavilə formaları və digər sənədlərin hazırlanması qaydaları

Əlavə imkanlar:

  • Dərslər videoyazıya alınır və növbəti iş günü sizinlə paylaşılır.
  •  Təlim materialları təmin edilir.