BMG International 2013-cü ildə Azərbaycanda yaradılmış və geniş əhatəli maliyyə, mühasibatlıq, konsaltinq, autsorsinq və təhsil xidmətləri göstərən ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.
Orxan Məmmədzadə BMG International şirkətinin təsisçisi, biznes, iqtisadiyyat və maliyyə sahəsində ekspert, həmçinin təcrübəli təlimçidir.
BMG lnternational bir çox tanınmış şirkətlərə bizneslərini gücləndirməyə yönəlmiş hərtərəfli maliyyə və mühasibat məsləhəti kimi xidmətlər təklif edir.
Müştərilərinin biznes imkanlarının mükəmməlliyini dərindən dərk edən şirkət onlara fərdiləşdirilmiş investisiya həlləri hazırlayır.
BMG lnternational təhsil sahəsində də bir çox uğura imza atıb. Şirkət təsisçisi Orxan Məmmədzadə tərəfindən inkişaf etdirilən və daim təkmilləşdirilən "Hazır Mühasib" innovativ platformasıyla fəxr edir.
Unikal platformalardan sayılan “Hazır Mühasib” peşəkar mühasiblərin maliyyə biliklərinin daha da artırılmasına kömək etməklə yanaşı, onların dəyişən maliyyə dünyasında uğur qazanmaları üçün dərin bilik və lazımi bacarıqları təmin edir.
BMG Internationalın missiyası təkcə mükəmməl maliyyə uçotu və təhsil xidmətləri göstərmək deyil, həm də ixtisaslı mütəxəssislər hazırlayıb və əhalimizin maliyyə savadlılığını artırmaqdır.
Şirkət ən iddialı biznes ideyalarını həyata keçirən yeni kompleks həllər təklif etməklə Azərbaycanda biznes mühitinin inkişafına töhfə verməyə çalışır.
Mərkəzdə fərqli sahələrdə biznes tələblərinə uyğun unikal təlimlər təklif edilir. Ölkədə tanınan təcrübəli təlimçilər sayəsində tələbələr aktual biliklər almaqla kifayətlənməyəcək, həm də uğurlu karyera üçün vacib praktiki bacarıqlara yiyələnəcəklər. BMG International yüksək nəticələr əldə edən tələbələrinin işlə təmin olunmasına da şərait yaradır.