Hilton Baku otelində regionun ən iddialı iqtisadi platformalarından biri - "TEI Forum 2026" (Trade, Export, Innovation) forumunun rəsmi təqdimat mərasimi baş tutdu.
Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin səfirləri, millət vəkilləri və nüfuzlu iş adamları iştirak edərək forumun gələcək perspektivlərini müzakirə etdilər.
Forumun əsas məqsədləri
-İxrac potensialının artırılması
-İnnovativ ticarət və logistika həlləri
-Yerli və xarici investorlar arasında birbaşa əlaqələrin qurulması
Qeyd edək ki, 30-31 oktyabr 2026 tarixində baş tutacaq forum Azərbaycanın qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verəcək.