Layihələr

"Qızların Elm Yolu" Layihəsi

19.02.2026 7 baxış

Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı, BMG International, Founder Women club-un Finca-nın tərəfdaşlığı ilə  “Qızların Elm Yolu” layihəsinin tədbiri baş tutdu.

Azərbaycan qadınlarının və qızlarının təhsil və elmdə daha fəal iştirakını təşviq edən, mühüm sosial əhəmiyyətli təşəbbüs olan “Qızların Elm Yolu” layihəsi çərçivəsində müxtəlif təlimlər və mentorluq proqramları təşkil olunur. Bu, qızların elmi sahələrdə öz potensiallarını reallaşdırmalarına şərait yaradır.
Tədbirdə çıxışı zamanı BMG International şirkətinin direktoru Aygül Məmmədova, qızların elm və təhsil yolunda qarşılaşdıqları əngəlləri aradan qaldırmaq istiqamətində görülən işləri və gələcək planları haqqında danışdı.

"Qızların Elm Yolu" Layihəsi