Tədbirlər

"BMG International" ın 11 illiyi və "Dəstək layihəsi"

10.10.2025 363 baxış

BMG International 2013-cü ildə təsis edilmiş və fəaliyyət istiqamətləri əsasən mühasibatlıq, maliyyə, audit, konsaltinq və biznes təlimlərini əhatə edən şirkətdir. Şirkət yarandığı gündən etibarən sahibkarların inkişafına dəstək göstərməyi, maliyyə savadlılığının artırılmasını və peşəkar kadrların hazırlanmasını əsas məqsədlərindən biri kimi müəyyən etmişdir.

2024-cü ildə BMG International fəaliyyətinin 11 ilini qeyd etmişdir. Tədbir zamanı şirkətin keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və gələcək hədəfləri barədə məlumat verilmişdir. Rəhbərlik çıxışında qeyd etmişdir ki, 11 il ərzində  sahibkarlara xidmət göstərmiş, 500 dən çox tələbə və gənc mütəxəssis müxtəlif təlim proqramları vasitəsilə bilik və bacarıqlarını artırmışdır.

Bu çərçivədə şirkət “Dəstək” adlı sosial layihənin təqdimatını da həyata keçirmişdir. Layihənin əsas məqsədiYAŞAT Fondu tərəfindən təqdim olunan şəhid ailələri və qazilərə ödənişsiz təhsil və karyera imkanları yaratmaq, onların peşəkar bacarıqlarının inkişafına dəstək olmaqdır. 

“Dəstək” layihəsi yalnız bir sosial təşəbbüs deyil, eyni zamanda digər şirkət və sahibkarları da bu prosesə qoşulmağa təşviq edən platformadır. Məqsəd cəmiyyətin həssas qruplarına uzunmüddətli və davamlı dəstək mexanizmi formalaşdırmaqdır.

Beləliklə, BMG International 11 illik fəaliyyəti ərzində həm biznes sahəsində, həm də sosial məsuliyyət istiqamətində mühüm addımlar atmış, “Dəstək” layihəsi ilə bu missiyanı daha da genişləndirmişdir.

"BMG International" ın 11 illiyi və "Dəstək layihəsi"