Layihələr

“Azərbaycan təhsilini qlobal standartlara çıxaran yeni model: BMG International və ACPM əməkdaşlığı”-MÜSAHİBƏ

20.04.2026 3 baxış

Fins.az BMG International şirkətinin təsisçisi, biznes, iqtisadiyyat və maliyyə sahəsində ekspert, həmçinin təcrübəli təlimçi Orxan Məmmədzadə ilə müsahibə hazırlayıb. Müsahibədə şirkətin Böyük Britaniyada fəaliyyət göstərən ACPM Global ilə strateji əməkdaşlığı, “Hazır Mühasib” təlim proqramının beynəlxalq akkreditasiya çərçivəsində inkişafı və Azərbaycanda maliyyə-mühasibatlıq təhsilinin yeni mərhələyə keçidi müzakirə olunub. Qeyd olunub ki, bu tərəfdaşlıq çərçivəsində BMG International ACPM proqramlarının Azərbaycanda rəsmi tədris və imtahan platforması statusunu əldə edib və məzunlara beynəlxalq səviyyədə tanınan diplomların təqdim edilməsi imkanı yaradılıb. Bu əməkdaşlıq yerli kadrların qlobal standartlara uyğun hazırlanması və beynəlxalq əmək bazarına inteqrasiyası baxımından mühüm addım kimi qiymətləndirilir.

-BMG International və ACPM Əməkdaşlığı konkret olaraq nəyi əhatə edir?
-Bu əməkdaşlıq "Hazır Mühasib" proqramının Britaniya standartlarına uyğunlaşdırılmasını, təlim proqramının beynəlxalq akkreditasiyasını və məzunların birbaşa Britaniya diplomu (ACPM Diploma) almasını əhatə edir. BMG International ACPM proqramlarının Azərbaycanda tədrisi və imtahanlarının təşkili üçün rəsmi platformadır.

-Bazardakı digər kurslardan nə ilə fərqlənir?
-BMG International – sadəcə kurs deyil, peşəkar təlim və karyera inkişaf platformasıdır BMG International ənənəvi “kurs” yanaşmasından fərqli olaraq, iştirakçılara real təlim və inkişaf proqramları təqdim edir. Tədris prosesi quru nəzəriyyəyə deyil, birbaşa praktiki biznes keyslərinə əsaslanır. Bu isə öyrənilən biliklərin real iş mühitində tətbiqini asanlaşdırır. Şirkətin əsas üstünlüklərindən biri beynəlxalq statusa malik təhsil imkanlarıdır. Təlimləri uğurla tamamlayan iştirakçılar birbaşa Britaniya diplomu əldə etmək şansı qazanırlar ki, bu da onların karyera perspektivlərini daha da genişləndirir. BMG International-ın mühüm fərqləndirici xüsusiyyətlərindən biri də HM Community platformasıdır. Bu sistem vasitəsilə məzunlara təlimdən sonra da davamlı karyera dəstəyi, mentorluq və peşəkar şəbəkələşmə (networking) imkanları təqdim olunur. Eyni zamanda, proqram yalnız texniki biliklərlə məhdudlaşmır. İştirakçılar soft skills bacarıqlarını da inkişaf etdirirlər. Buraya liderlik, zamanın effektiv idarə olunması və stressə davamlılıq kimi mühüm peşəkar bacarıqlar daxildir. Beləliklə, BMG International iştirakçılara yalnız bilik deyil, eyni zamanda real biznes dünyasında uğur qazanmaq üçün lazım olan kompleks bacarıqlar və güclü karyera dəstəyi təqdim edir.

- Niyə məhz bu proqram seçilməlidir?
-Bu proqramın seçilməsinin əsas səbəbi onun ənənəvi tədris modellərindən tamamilə fərqli, inteqrasiya olunmuş və nəticəyönümlü yanaşma təqdim etməsidir. BMG International tərəfindən təqdim olunan “Hazır Mühasib” proqramı iştirakçılara yalnız nəzəri biliklər qazandırmaqla kifayətlənmir, eyni zamanda onları real iş mühitinə tam hazır vəziyyətə gətirir. Proqramın ən mühüm üstünlüklərindən biri yerli və beynəlxalq standartların eyni platformada birləşdirilməsidir. Belə ki, iştirakçılar bir tərəfdən Azərbaycan Respublikasının Vergi Məcəlləsi, mühasibat uçotu prinsipləri və 1C proqram təminatı kimi yerli praktiki bilikləri mənimsəyir, digər tərəfdən isə ACPM beynəlxalq standartlarına uyğun tədris vasitəsilə qlobal maliyyə və idarəetmə yanaşmalarını öyrənirlər. Bu yanaşma nəticəsində məzunlar yalnız bir bazara deyil, həm yerli, həm də beynəlxalq əmək bazarına eyni anda uyğunlaşa bilən mütəxəssislərə çevrilirlər. Bu isə onların karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və rəqabət üstünlüyü qazandırır. Eyni zamanda proqramın əsas hədəfi iştirakçını “sertifikat sahibi” səviyyəsindən çıxarıb, onu praktik biliklərə malik, qərar verə bilən və real biznes proseslərini idarə edə bilən peşəkar mütəxəssisə çevirməkdir. Bu səbəbdən tədris prosesi real biznes nümunələri, case study-lər və praktiki tapşırıqlarla zənginləşdirilib. Nəticə etibarilə, bu proqramı seçən hər bir iştirakçı təkcə diplom əldə etmir, həm də rəqabətli əmək bazarında fərqlənən, beynəlxalq səviyyədə tanına bilən və yüksək dəyər yaradan peşəkar mütəxəssisə çevrilir.

-Azərbaycanın maliyyə təhsili bazarına necə təsir edəcək?
-Bu təşəbbüs yerli təhsil sisteminin keyfiyyətini yüksəldərək onu qlobal təhsil standartları ilə uyğunlaşdıran strateji bir mərhələ kimi dəyərləndirilir. Bu yanaşma nəticəsində peşəkar kadrlar beynəlxalq diplom əldə etmək məqsədilə xaricə getmək zərurətindən azad olacaqlar. Beləliklə, beynəlxalq səviyyədə tanınan təhsil imkanları artıq Bakıda, BMG International tədris mərkəzində əlçatan olacaq. Bu model həm təhsil xərclərini optimallaşdırır, həm də vaxt itkisini minimuma endirərək yerli mütəxəssislərin daha effektiv şəkildə inkişafına şərait yaradır. Eyni zamanda, bu sistem Azərbaycanda insan kapitalının inkişafına mühüm töhfə verərək, yerli kadrların beynəlxalq standartlara uyğun bilik və bacarıqlarla təmin olunmasını mümkün edir. Nəticə etibarilə, mütəxəssislər ölkəni tərk etmədən qlobal rəqabətə davamlı peşəkar səviyyəyə yüksəlmək imkanı əldə edəcəklər ki, bu da həm fərdi karyera inkişafı, həm də ümumi əmək bazarının güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.

-Yerli mütəxəssislərin beynəlxalq bazara çıxışı üçün nə dərəcədə realdır?
-Tamamilə realdır. ACPM diplomu daşıyan bir mühasib və ya maliyyəçi artıq beynəlxalq tenderlərdə, transmilli şirkətlərin layihələrində və xarici ölkələrdəki vakansiyalarda "beynəlxalq dərəcəli mütəxəssis" kimi tanınır. Bu, yerli kadrların dünya bazarına inteqrasiyası üçün ən qısa və etibarlı yoldur.

-Bu tərəfdaşlıq nə vaxtdan qüvvəyə minib?
Tərəfdaşlıq 2026-cı ilin mart ayından etibarən (təqdimat mərasimi ilə birgə) rəsmi olaraq qüvvəyə minib.

-Orxan müəllim, “Yeganə rəsmi tərəfdaş” statusu nə deməkdir?
-Bu o deməkdir ki, Azərbaycanda yalnız BMG International ACPM-in rəsmi proqramlarını tədris etmək və onun adından beynəlxalq diplom vermək səlahiyyətinə malikdir. Digər heç bir mərkəz bu spesifik beynəlxalq dərəcəni təqdim edə bilməz.

-ACPM nədir və hansı ölkədə fəaliyyət göstərir?
-ACPM (Sertifikatlaşdırılmış Peşəkar Menecerlər Akademiyası) mərkəzi ofisi Böyük Britaniyada yerləşən beynəlxalq təhsil və sertifikatlaşdırma qurumudur.

-Bu təşkilat hansı sahə üzrə ixtisaslaşıb?
-Təşkilat əsasən Maliyyə Menecmenti, Mühasibatlıq, Audit və Strateji İdarəetmə sahələri üzrə ixtisaslaşıb.

-Beynəlxalq tanınma səviyyəsi necədir?
-ACPM diplomları beynəlxalq səviyyədə tanınan peşəkar ixtisas sənədləridir. O, Avropada və MDB ölkələrində işəgötürənlər tərəfindən yüksək qiymətləndirilən "beynəlxalq status" simvoludur.

-Bu akkreditasiya hansı ölkələrdə keçərlidir?
Britaniya akkreditasiyalı olduğu üçün bu diplom Avropa Birliyi ölkələri, MDB, Orta Şərq və bir çox Asiya ölkələrində peşəkar fəaliyyət üçün keçərlidir.

-Hazır Mühasib Platforması nədir və kimlər üçün nəzərdə tutulub?
-HM nəzəriyyə ilə praktikanı birləşdirən, mühasibatlığı "sıfırdan" peşəkar səviyyəyə çatdıran, maliyyə və biznesin idarə edilməsini əhatə edən innovativ təlim platformasıdır. Mühasibatlıq, maliyyə və idarəetmə sahəsində karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.

-Proqrama kimlər qoşula bilər?
-Tələbələr, yeni başlayan mühasiblər, maliyyə və biznesin idarəetməsi sahələrinə keçid etmək istəyən mütəxəssislər, beynəlxalq sertifikat və diplom almaq istəyən təcrübəli mühasiblər, maliyyəçilər və idarə edicilər.

-Qəbul şərtləri nələrdir?
Əsas qəbul şərti öyrənməyə həvəs və qeyd olunan sahələrdə professional inkişaf etmək istəyidir (0 baza ilə qatilmaq mümkündür).

“Azərbaycan təhsilini qlobal standartlara çıxaran yeni model: BMG International və ACPM əməkdaşlığı”-MÜSAHİBƏ