Sertfikat ID
BMG International 2013-cü ildə Azərbaycanda yaradılmış və geniş əhatəli maliyyə, mühasibatlıq, konsaltinq, autsorsinq və təhsil xidmətləri göstərən ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. Orxan Məmmədzadə BMG International şirkətinin təsisçisi, biznes, iqtisadiyyat və maliyyə sahəsində ekspert, həmçinin təcrübəli təlimçidir. BMG International bir çox tanınmış şirkətlərə bizneslərini gücləndirməyə yönəlmiş hərtərəfli maliyyə və mühasibat məsləhəti xidmətləri təklif edir. Müştərilərinin biznes imkanlarını dərindən dərk edən şirkət onlar üçün fərdiləşdirilmiş investisiya həlləri hazırlayır. BMG International təhsil sahəsində də bir çox uğura imza atıb. Şirkət təsisçisi Orxan Məmmədzadə tərəfindən inkişaf etdirilən və daim təkmilləşdirilən Hazır Mühasib innovativ platforması ilə fəxr edir. Unikal platformalardan biri olan Hazır Mühasib peşəkar mühasiblərin maliyyə biliklərinin daha da artırılmasına kömək etməklə yanaşı, onların dəyişən maliyyə dünyasında uğur qazanmaları üçün dərin bilik və zəruri bacarıqlar əldə etmələrinə şərait yaradır. BMG International-ın missiyası təkcə mükəmməl maliyyə uçotu və təhsil xidmətləri göstərmək deyil, həm də ixtisaslı mütəxəssislər yetişdirmək və əhalinin maliyyə savadlılığını artırmaqdır. Şirkət ən iddialı biznes ideyalarını həyata keçirmək üçün yeni kompleks həllər təklif etməklə Azərbaycanda biznes mühitinin inkişafına töhfə verməyə çalışır. Mərkəzdə müxtəlif sahələr üzrə biznes tələblərinə uyğun unikal təlimlər təklif edilir. Ölkədə tanınan təcrübəli təlimçilər sayəsində tələbələr aktual biliklər əldə etməklə kifayətlənməyəcək, həm də uğurlu karyera üçün vacib praktiki bacarıqlara yiyələnəcəklər. BMG International yüksək nəticələr əldə edən tələbələrinin işlə təmin olunmasına da şərait yaradır.
ƏtraflıHazır Mühasib Orxan Məmmədzadə tərəfindən yaradılmış və təkmilləşmiş unikal təlim platformasıdır. Hazır Mühasib Platforması 3,5 aya maliyyə və mühasibatlıq sahəsində uğurlu karyera qurmaq üçün lazımi olan bütün bilik və bacarıqları əhatə edir. Təlim müddəti: 3,5 ay (50 saat) həftədə 2 dəfə hər dərs 2 saat Dərs sayı: 25 Təlimin əsas modulları: -Maliyyə uçotu: Hesabatların hazırlanması və maliyyə axınlarının idarə edilməsi. -Vergi uçotu: Vergi öhdəliklərinin hesablanması və qanunlara uyğunluğu. -İdarəetmə: Effektiv idarəetmə metodları. -1C proqramı: Mühasibatlıq sisteminin idarə edilməsi. Əlavə modullar: -Marketinq -HR (İnsan resursları) -Time Management (Vaxtın idarə olunması) Təlim metodikasının unikal cəhətlərindən biri real keyslər üzərindən qurulan praktiki biliklərin əldə edilməsi, komanda yarışları, əyləncəli və eyni zamanda effektiv formatıdır.
Ətraflı