Orxan Məmmədzadə

Orxan Məmmədzadə iş adamı, innovativ üslublu konsaltinq şirkətinin sahibi, iqtisadiyyat və maliyyə sahəsində ekspert və
təcrübəli təlimçidir. Onun iqtisadiyyat və maliyyə sahəsində olan ekspertliyi biznesə unikal yanaşmasının əsasını təşkil edir. Xarici təcrübənin tətbiq edilməsi üslubu ilə ölkədaxili iqtisadiyyat və təhsilin inkişafı üçün vətənimizə xeyirli töhfəsini verən şəxslərdən biridir. Təhsil platformasının təsisçisi kimi o, öz biliklərini paylaşaraq təhsili daha əlçatan etməyə çalışır.O təhsildən qazandığı bilikləri peşəkar kadrların yetişdirilməsınə yönəldir və sahibkarlar üçün faydalı mütəxəssislər yetişdirir. O biznesin idarəetməsi, konsaltinq və təhsil sahəsində təsirinə əsaslanaraq, metodlarını və təcrübəsini tətbiq edəcək uğurlu şəxsiyyətdir.