Accomplished Accountant

     Hazır Mühasib Orxan Məmmədzadə tərəfindən yaradılmış və təkmilləşmiş unikal təlim platformasıdır.

Hazır Mühasib platforması unikal tədris metodu ilə ən qısa müddətdə mühasib olaraq çalışmaq üçün bütün lazımlı biliklərin tədris edilməsi ilə yanaşı təcrübəli kadrların yetişməsində mükəmməl nəticələr göstərən ilk və yeganə platformadır.

Platformanın adı, təlim proqramı və metodikası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qorunur.

Platformanın müəllifi Orxan Məmmədzadədir və müəlliflik hüquqları tam olaraq Orxan bəyə məxsusdur.

Platforma Vergi uçotu, Maliyyə uçotu, İdarəetmə və 1C (Azərbaycanda ən populyar mühasibatlıq proqramı) kimi bir neçə əsas moduldan ibarətdir. Platformanın məqsədi maliyyə və mühasibatlıq sahələrində mütəxəssislərin yetişdirilməsinə imkan verəcək zəruri nəzəri və praktiki bacarıqlar verməkdir.

Platformanın fərqli xüsusiyyəti ondan ibarətdir ki, təlimə qoşulmaq üçün ilkin bilik və ya müvafiq iş təcrübəsi tələb olunmur. Platformanın məzunları işlə təmin olunma imkanı ilə yanaşı uğurlu karyera qurmaq və maliyyə sahəsində aparıcı mütəxəssis olmaq üçün dəstək əldə etmək şansına malikdirlər.

Accountant Image

Tələbə rəyləri