BMG International-da Dövlət Miqrasiya Xidməti yanında “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “HR School-2” layihəsi baş tutdu.

       İnsan Resursları sahəsində mütəxəssis və şəxsi inkişaf mentoru Gülnaz Tağıyeva tərəfindən tədris edilən təlimdə “kadr inzibatçılığı” mövzusu barədə tələbələrə geniş izah verildi. Dərs müddətində müsahibə haqqında bir neçə praktiki oyunlar keçirildi.
Sonda təlim iştirakçılarını maraqlandıran suallara cavab verildi.
       “HR School-2” layihəsi çərçivəsində növbəti təlimi maliyyə meneceri Tutu Əfəndizadə tədris edib. “Əmək haqqının hesablanması” mövzusunda keçirilən təlimdə əmək haqqı üzrə ümumi məsələlər, əməyin ödənilməsi formaları, sistemləri və növləri,əmək haqqı hesablaması üzrə ilkin sənədlər və kadr inzibatçılığı ilə bağlılıq və s kimi mühüm mövzular müzakirə edildi.
        Tələbələr təlimin sonunda orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar barədə Tutu Əfəndizadəyə suallar ünvanladılar.
Qeyd edək ki, BMG International və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində növbəti daha geniş layihələrin həyata keçirilməsi planlaşdırılır.