"Sahibkarlar üçün Maliyyə İdarəetməsinin Əsasları" adlı seminar baş tutdu

      BMG International və Founder Women Club-un növbəti layihəsi baş tutdu.

"Sahibkarlar üçün Maliyyə İdarəetməsinin Əsasları" adlı seminarın spikeri iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış mütəxəssis, o cümlədən, "Hazır Mühasib" Platformasının təsisçisi Orxan Məmmədzadə idi. Seminarda ölkənin müxtəlif sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar bir araya gəldilər.
Orxan Məmmədzadə, seminar iştirakçılarına maliyyə idarəetməsinin kritik aspektləri haqqında dəyərli məlumatlar təqdim etdi. O, həmçinin büdcə planlaması, nəğd pul axınının idarə edilməsi, maliyyə hesabatlarının təhlili və vergi planlaşdırılması mövzularında geniş çıxış edərək təvrübələrini bölüşdü. Orxan Məmmədzadə real həyatdan misallar və praktiki nümunələr vasitəsilə çıxış edərək iştirakçıların mövzuları daha yaxşı anlamalarına şərait yaratdı.
Seminar iştirakçılarına çatdırıldı ki, iş idarəetməsində gəlir və xərclərin effektiv idarə olunması yalnız standart prosedurlarla deyil, təcrübəli baxış, süni intellekt və peşəkar analitikanın tətbiqi də fərq yaradır.
Sahibkar xanımlar seminarın sonunda Orxan Məmmədzadəyə öz suallarını verərək, bizneslərinin maliyyə idarəetməsi ilə bağlı dəyərli məsləhətlər aldılar.
BMG International və Founder Women Club-un bu cür tədbirləri, sahibkar qadınların peşəkar bacarıqlarını artırmaq və bizneslərini daha səmərəli idarə etmək üçün əhəmiyyətli bir platforma yaradır. Gələcəkdə sahibkarların iş sferasında daha uğurlu olması üçün bu cür tədbirlərin davam etdirilməsi planlaşdırılır.