BMG International-da növbəti təlimlərin yekunu olaraq sertifikat təqdimatı keçirildi

      BMG International-da keçirilən "Vergi uçotu", “Excel”, “Dövlət Satınalmaları”, “İnsan resurslarının idarə edilməsi” və “1C” təliminin yekunu olaraq sertifikat təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən BMG International-ın rəhbəri Orxan Məmmədzadə iştirakçıların bu təlimlərdə əldə etdiyi bilik və bacarıqların onların karyeralarına müsbət təsir edəcəyini vurğuladı. Orxan Məmmədzadə hər bir tələbəyə gələcək yolunda uğurlar arzuladı, BMG-nin bu sahədə təlimlər vasitəsilə ölkədə mütəxəssis yetişdirmək missiyasını xüsusi qeyd edərək, bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
Tədbirin digər çıxış edən “Dövlət Satınalmaları” təlimini tədris edən İsmət Musayev iştirakçıların öz üzərində çalışaraq əldə etdiyi nəticələrdən razı olduğunu bildirərək, onların gələcəkdə daha böyük layihələrdə iştirak edəcəyinə inandığını qeyd etdi. İsmət Musayev həmçinin, peşəkar inkişafın davamlı proses olduğunu xatırladaraq, təlimlərin yalnız başlanğıc olduğunu vurğuladı.
Şirkətin direktoru Aygül Məmmədzadə də tələbələri xüsusi təbrik edərək, onları BMG ailəsinin bir parçası olaraq görməkdən qürur duyduğunu bildirdi. O, bu cür təlimlərin, iştirakçıların karyeralarında dönüş nöqtəsi olacağını və onların ölkənin iqtisadiyyatına töhfə verəcəyini söylədi.
Tədbirin sonunda tələbələrə uğurlar arzu edən təlimçilər onların hər birinə sertifikatlarını təqdim etdilər. Yekunda xatirə fotosu çəkildi.

Accountant Image