"Hazır Mühasib" platformasının növbəti sertfikat təqdim etmə tədbiri

     BMG Internationalda "Hazır Mühasib" platformasının sertifikat təqdimetmə tədbiri baş tutdu. Tədbirdə platformanın təsisçisi Orxan Məmmədzadə çıxış edərək məzunların təlim müddəti ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi və onların atdığı bu addımların gələcək karyeralarına mühüm təsir göstərəcəyini vurğuladı. O, həmçinin “HM Community” haqqında danışaraq, bu icmanın hər bir üzvünə xüsusi yanaşmanın ifadəsi olduğunu və onlara peşəkar dəstək göstərilməsinin davam etdiriləcəyini qeyd etdi.
Məzunlar da öz təcrübələrini paylaşaraq, platformanın yüksək keyfiyyətli təlimləri və praktiki biliklərin faydalılığını vurğuladılar. Təlimin nəticəsi olaraq HM-13 və HM-14 qruplarından 4 nəfər Gold, 2 nəfər Silver, 15 nəfər Müvəffəqiyyət, və 9 nəfər İştirak sertifikatı ilə təltif olundu.