"Miqrasiya Könüllüsü" İB və "BMG International" Əməkdaşlıq Memorandumu imzaladı

    "Miqrasiya Könüllüsü" İctimai Birliyi və "Business Management Group" International MMC arasında Əməkdaşlıq Memorandumu bağlandı.

Memorandumu BMG International MMC-nin təsisçisi Orxan Məmmədzadə, "Miqrasiya Könüllüsü" İctimai Birliyinin sədri Şəbnəm İbrahimli imzalayıb. Əməkdaşlıq Memorandumu hər iki tərəfin birgə layihələr həyata keçirməsini, miqrasiya proseslərinin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsini, konfrans, təlim, yarış və digər tədbirlərdə iştirakının təmin edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsinin təşkilini nəzərdə tutur. Tərəflər qeyd etdilər ki , Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub.  Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.
"Miqrasiya Könüllüsü" İctimai Birliyi və BMG International da bu istiqamətdə olan əməkdaşlıqlarını davam etdirərək ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri də birgə dəstəkləməyi qarşılarına məqsəd qoyublar. Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra tərəflər xatirə fotosu çəkdirdilər.