BMG Internationalda "Hazır Mühasib" Platformasının növbəti sertifikat təqdimetmə mərasimi baş tutdu.

     Tədbirdə "Hazır Mühasib"in təsisçisi Orxan Məmmədzadə çıxış edərək məzunları üç ay müddətində göstərdiyi yüksək nəticələrə görə təbrik etdi. Bildirildi ki, "Hazır Mühasib" Platforması mühasibatlıq sahəsində peşəkar bilik və bacarıqlarını artırmaq istəyənlər üçün mükəmməl bir təlim mühitidir. Bu platformanın məqsədi, istifadəçilərimizi mühasibatlıq sahəsində qabaqcıl biliklərlə təchiz etmək və onları peşəkar karyeralarına hazırlamaqdır. Sertifikatlar isə, onların bu yolda əldə etdikləri uğurları və qazandıqları bilikləri təsdiqləyir.

Orxan Məmmədzadə qeyd etdi ki, iştirakçılardan 11 nəfəri “Gold” sertifikatı, 6 nəfəri “Silver”, 10 nəfəri isə “Müvəffəqiyyət” sertifikatı əldə edib. Eyni zamanda iştirakçılardan 6 nəfərə iş təklifi edilib. Onlardan bir neçəsi bu təklifi qəbul etsə də, digərləri öz iş yerlərində qalmaq istədiklərini bildiriblər.

Orxan Məmmədzadə vurğulayıb ki, BMG International mühasibatlıq sahəsində ən yüksək standartlara sadiq qalaraq, tələbələrinin inkişafını dəstəkləməyə davam edəcək. BMG International “HM Community” olaraq karyera pilləsində addımlayan hər bir tələbəsinin inkişafı üçün lazım olan bütün motivasiyanı verməyə hazırdır.

Çıxışlarda "Hazır Mühasib" təliminə qatılan iştirakçılar təlimin keyfiyyətindən danışaraq, əldə etdikləri bilik və bacarıqların onların karyera inkişafına dərin təsir etdiyini bildirdilər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi, xatirə fotoları çəkdirildi.

Accountant Image