BMG International və Bakı Biznes Universiteti arasında sertifikat təqdim etmə mərasimi baş tutdu

      BMG International və Bakı Biznes Universiteti ilə birlikdə həyata keçirilən layihənin bağlanış və sertifikatların təqdim etmə mərasimi baş tutdu.
Tədbir giriş sözü ilə "BMG International" şirkətinin icraçı direktoru Aygül Məmmədova açaraq iştirakçıları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.
Daha sonra çıxış edən "BMG International” innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat, maliyyə və biznes sahəsində ekspert, təcrübəli təlimçi, o cümlədən, "Hazır Mühasib" Platformasının təsisçisi Orxan Məmmədzadə tələbələrin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək tədris müddətində keçilən inkişaf yolundan danışdı.Daha sonra çıxış edən Universitetin "İqtisadi nəzəriyyə" kafedrasının müdiri Azər Pənahov və tərbiyyə işləri üzrə prorektor Cavidan Heydərov layihənin gənclərin həyatında, peşəkar mühitində formalaşmasında təsirləri barədə vacib məqamlara toxundular.
Bakı Biznes Universitetinin tələbələri öz çıxışlarında bu layihənin elmlə yanaşı şəxsi inkişaflarında və gələcək karyeralarında önəmli rol oynadığını vurğuladılar.
Tədbirin sonunda yüksək nəticə göstərən tələbələrə fərqləndirmə sertifikatları təqdim olundu.