"BMG İnternational"da "Nothing personal, strictly business" adlı seminar keçirildi

     "BMG International"da "NAC" Intellectual Networking platforması üçün təsis edilən "Nothing Personal Strictly Business" adlı seminar keçirildi.

Seminarda iştirakçılar "BMG International” innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat, maliyyə və biznes sahəsində ekspert, təcrübəli təlimçi, o cümlədən, "Hazır Mühasib" Platformasının təsisçisi Orxan Məmmədzadə ilə birlikdə şəxsi münasibətlərin biznes və fərdi inkişafdakı mühüm rolu mövzusunu müzakirə etdilər. Təlimdə dəstək şəbəkələrinin önəmi vurğulandı. Bu münasibətlərin Azərbaycan və Qərbdə fərqli rolları barədə ətraflı məlumat verildi.

Seminardan sonra baş tutan çay fasiləsində iştirakçılarla səmimi söhbətlərlə yanaşı fərqli təcrübələr üzərindən müzakirələr davam etdirildi.
Orxan Məmmədzadə vurğulayıb ki, iqtisadi tərəqqiyə töhfə verə biləcək peşəkarların formalaşdırılması yeni nəslin inkişafına zəmin hazırlayacaq.