BMG International - 11 İllik Mükəmməllik Yolu

Gəl və “Dəstək” ə qoşul!

    Bu il BMG International olaraq fəaliyyətimizin 11-ci ildönümünü qeyd edirik. Bu yolculuq boyunca bizimlə olan hər birinizə dərin minnətdarlığımızı bildiririk. Hər zaman innovasiyaya və keyfiyyətə sadiq qalaraq, müştərilərimizə ən yaxşı xidmətləri təqdim etməyə çalışdıq. Bu yazıda keçdiyimiz yolu, qazandığımız uğurları və gələcək hədəflərimizi sizinlə bölüşmək istərdik.

BMG International 11 il əvvəl kiçik bir komanda ilə yola çıxdı. Artıq 1 ildir ki, təlim mərkəzi olaraq fəaliyyətə də başladı. İlk günlərdən etibarən məqsədimiz müştərilərimizə fərqli, dəyərli və effektiv xidmətlər təqdim etmək idi. Bugün, bu məqsədimizdən bir addım belə geri qalmadan, daha geniş bir komanda və daha böyük layihələrlə fəaliyyətimizi davam etdiririk.

11 il ərzində bir çox uğurlara imza atdıq. Müxtəlif sektorlar üzrə həyata keçirdiyimiz layihələr, həyata keçirdiyimiz innovativ təlimlər və təqdim etdiyimiz strateji məsləhətlər sayəsində müştərilərimizin uğurlarına töhfə verdik. Ən böyük fəxrimiz isə müştərilərimizin məmnuniyyəti və tələbələrimizin uğurudur. Onların inamı və etibarı həmçinin təşkil etdiyimiz layihələrin uğuru və lazımi şəxslərə dəstəyimiz bizim ən dəyərli qazancımızdır.

BMG International ailəsi olaraq şirkətimizin 11 illiyimizi qeyd etmək  və “Dəstək” layihəsinin təqdimatıyla bağlı tədbir təşkil etdik.

“Dəstək” layihəsinin əsas məqsədi YAŞAT fondu tərəfindən təqdim olunan şəhid və qazi ailələrinə sahibkarların köməyi ilə ödənişsiz təhsil,təcrübə proqramları və iş imkanları yaratmaqdır.Orxan Məmmədzadə sahibkarları “Dəstək”ə qoşulmağa səsləyib.

Hal-hazırda BMG International olaraq bir neçə şəhid və qazi ailəsinin üzvlərini ödənişsiz təhsillə təmin edir. Həmçinin sahibkarların bir çoxu artıq bu layihəylə bağlı bizimlə əməkdaşlığa keçib.

Biz bütün sahibkarları “Dəstək” layihəsinə qoşulmağa dəvət edirik.